ABŞ-ın keçmiş Prezidenti Donald Tramp əmindir ki, Ağ Evdə prezident kürsüsündə o olsaydı, Qəzza zolağında Fələstinin HƏMAS hərəkatı ilə İsrail arasında münaqişənin qarşısını ala bilərdi.
“Füyuzat”ın məlumatına görə, bu barədə Tramp Dubayda yerləşən “Əl Ərəbiyyə” telekanalına müsahibəsində bildirib.
“Əgər mən prezident olsaydım, bu müharibə heç başlamazdı”, – deyə Tramp bildirib.
“Bütün bu ölülər, bütün bu dağıdılmış şəhərlər və rayonlar olmazdı. 7 oktyabrdan sonra baş verən bütün dağıntılar, nifrət və başqa hər şey baş verməzdi”, – o əlavə edib.
Tramp həmçinin Fələstinin HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri Yəhya Sinvar və Livan Hizbullah hərəkatının lideri Həsən Nəsrullahın İsrail tərəfindən öldürülməsindən sonra bölgədə münaqişəyə son qoymaq üçün dolayı danışıqları bərpa etmək şansının olduğuna əminliyini ifadə edib.