“Birləşmiş Ştatlar Vaşinqtonla bu qəbildən olan yeni sövdələşmələrdən imtina edən ölkələr və ərazilərlə ticarət şərtlərini birtərəfli qaydada müəyyən edəcək”.
“Füyuzat”ın məlumatına görə, bu barədə ABŞ prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərlə söhbətində bildirib.
“ABŞ bu sahədə ultimatumla hərəkət etmək niyyətində deyil. Biz Çin hakimiyyətinin ortaq qərar qəbulunda iştirakını istəyirik. Lakin onlar və digər ölkələr bizimlə razılığa gəlməlidirlər. Əgər onlar saziş bağlamasalar, o zaman özümüz müqavilənin şərtlərini təyin edəcəyik. Razılaşmanın şərtlərini biz müəyyən edəcəyik. Və bu, hamı üçün ədalətli bir razılaşma olacaq. Hesab edirəm ki, bu proses kifayət qədər sürətlə gedəcək. Biz bir çox ölkələrlə danışmışıq, onların fikirlərini eşitmişik”, – prezident qeyd edib.