“ABŞ Rusiya və Hindistanı itirdi”.
“Füyuzat”ın məlumatına görə, bunu Amerika lideri Donald Tramp Rusiya prezidenti Vladimir Putin, Çin sədri Si Cinpin və Hindistanın Baş naziri Narendra Modinin Çində keçirilən ŞƏT sammiti çərçivəsində çəkilmiş birgə fotosunu dərc edərkən deyib.
“Deyəsən biz Hindistan və Rusiyanı Çinə uduzmuşuq. Onların birlikdə uzun və xoşbəxt gələcəyi olsun!”, – Tramp əlavə edib.



