Xəbərlər

Tramp: ABŞ ticarət kəsiri aradan qaldırılana qədər Çinlə müqavilə imzalamayacaq

“ABŞ-ın Çinlə ticarət kəsiri həll olunmayana qədər ABŞ Çinlə tarif sazişi bağlamayacaq”.

“Füyuzat”ın məlumatına görə, bunu ABŞ prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərə müsahibəsində deyib.

“Biz Çinlə ticarət kəsirini həll etməliyik. Çinlə ticarətdə yüz milyardlarla dollar vəsait itiririk. Bunu həll etməyənə qədər mən razılaşmaya hazırlaşmayacağam”, – Tramp qeyd edib.