“ABŞ hökuməti Ukraynaya kömək üçün yüz milyardlarla dollar vəsait xərcləyib”.
“Füyuzat”ın məlumatına görə, bu barədə ABŞ prezidenti Donald Tramp Senatdakı çıxışında bildirib.
“Mən Ukraynadakı dəhşətli münaqişəyə son qoymaq üçün yorulmadan çalışıram. Birləşmiş Ştatlar Ukraynanın müdafiəsini dəstəkləmək üçün yüz milyardlarla dollar vəsait göndərib. Bu arada, Avropa təəssüf ki, Rusiyadan neft və qaz almağa davam edib. ABŞ Ukraynanı müdafiə etmək üçün Avropanın xərclədiyindən daha çox pul xərcləyib! Bayden bu mübarizəyə Avropanın xərclədiyi puldan daha çox pul ayırıb”, – o qeyd edib.