Xəbərlər

Tramp: Aİ ABŞ-dan enerji almalı olacaq

“Avropa İttifaqı (Aİ) ABŞ-dan enerji almağı öhdəsinə götürməli olacaq ki, bu da Vaşinqtonun ittifaqla ticarət kəsirini aradan qaldırmaq səylərində əsas sahə olacaq”.

“Füyuzat”ın məlumatına görə, bunu ABŞ prezidenti Donald Tramp Ağ Evdə İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşdə jurnalistlərin suallarını cavablandırarkən deyib.

“Avropa İttifaqı (Aİ) ilə ticarət kəsirimiz 350 milyard dollardır və bu fərq tezliklə aradan qalxacaq. Onlar eyni miqdarda enerji resuruslarını bizdən almalı olacaqlar, çünki onların buna ehtiyacı yaranacaq”, – Tramp qeyd edib.