ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Brüsselin ABŞ-dan neft və qaz alışını artırmayacağı təqdirdə Avropa İttifaqına (Aİ) qarşı idxal rüsumlarının artırılması ilə bağlı niyyətini açıqlayıb.
“Füyuzat”ın məlumatına görə, bu barədə Tramp sosial şəbəkə hesabında qeyd paylaşım edib.
“Mən Aİ üzvlərinə dedim ki, onlar ABŞ-la olan böyük ticarət kəsirini bizim neft və qazımızın alışını əhəmiyyətli dərəcədə artırmaqla doldurmalıdır. Əks halda, onlar tam tariflərlə üzləşəcək!” – Tramp əlavə edib.