ABŞ prezidenti Donald Tramp Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı sanksiyalarını “zəif” adlandırıb və avropalı tərəfdaşlarını daha sərt məhdudiyyətlər qoymağa çağırıb.
“Füyuzat”ın məlumatına görə, bu barədə “Fox News” məlumat yayıb.
Dövlət başçısı Avropa ölkələrini özünə dost adlandırsa da, onların Rusiya neftini almalarından hiddətləndiyini bildirib.
Onun fikrincə, NATO və Avropa ölkələri birləşməli və Rusiyaya qarşı sanksiyalar tətbiq etməlidir.
“Avropalıların tətbiq etdiyi sanksiyalar kifayət qədər sərt deyil. Mən sanksiyalar tətbiq etməyə hazıram, lakin onlar sanksiyaları gücləndirməlidirlər. Düşünürəm ki, edəcəklər, amma hələlik onlar yalnız danışırlar, hərəkət etmirlər”, – Tramp bildirib.



