Xəbərlər

Tramp Bakı vaxtı ilə saat 00:00-da bəyanat verəcək

ABŞ prezidenti Donald Tramp yerli vaxtla saat 16:00-da (Bakı vaxtı ilə 00:00) mətbuata açıqlama verəcək.

“Füyuzat”ın məlumatına görə, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

Bəyanatın mövzusu açıqlanmır.

Bundan əvvəl “Fox News” telekanalı Ağ Evdəki mənbəyə istinadən xəbər vermişdi ki, Tramp sentyabrın 5-də “Müharibə Departamenti” adının ABŞ Müdafiə Nazirliyinə qaytarılması ilə bağlı sərəncam imzalayacaq. Telekanalın məlumatına görə, departamentin rəhbəri Pit Heqset təkcə müdafiə naziri deyil, həm də hərbi nazir adlandırılacaq.

Birləşmiş Ştatların Müharibə Departamenti 1789-cu ildən 1947-ci ilə qədər mövcud olub, o, milli hərbi quruma çevrilib. 1949-cu ildə qurum Müdafiə Nazirliyi adlandırıldı.