Xəbərlər

Tramp BRİCS tərəfdaşı ölkələri əlavə 10% tariflə hədələyib

ABŞ prezidenti Donald Tramp BRİCS qruplaşmasının yürütdüyü siyasəti dəstəkləyən ölkələrə əlavə 10% rüsum tətbiq etməklə hədələyib.

“Füyuzat”ın məlumatına görə, bu barədə Tramp “Truth” sosial media platformasında yazıb.

“BRİCS-in anti-Amerika siyasəti ilə razılaşan istənilən ölkəyə əlavə 10% tarif tətbiq olunacaq. Bu siyasətdə heç bir istisna olmayacaq”, – o bildirib.