Xəbərlər

Tramp Cənubi Koreya prezidenti ilə danışıqlar aparacaq

Ağ Ev ABŞ prezidenti Donald Tramp və Cənubi Koreya prezidenti Li Çje Myonq arasında yüksək səviyyəli danışıqlar aparmağı planlaşdırdıqlarını açıqlayıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.

Qeyd edilib ki, Ağ Ev görüşün təfərrüatlarını açıqlamayıb.

“Tərəflərin Tramp administrasiyasının Çinə qarşı ittifaqı modernləşdirməyə çalışdığı” bir vaxtda təhlükəsizlik, ticarət və digər əsas məsələləri müzakirə edəcəyi gözlənilir”, – nəşr bildirib.