Xəbərlər

Tramp: Çinlə münasibətləri yaxşılaşdıracağıq

Keçmiş ABŞ Prezidenti və Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp noyabrda keçiriləcək seçkilərdə qalib gələcəyi təqdirdə Çinlə münasibətləri yaxşılaşdıracağına söz verib.

“Füyuzat”ın məlumatına görə, bu barədə Tramp özü mətbuat konfransında deyib.

“Məncə, bizim Çinlə əla münasibətimiz olacaq. Amma bu, həm də ədalətli olmalıdır. Çin də hər bir ölkə kimi, illərdir bizim ölkədən istifadə edib”, – Tramp qeyd edib.