Xəbərlər

Tramp: demokratlar amerikalıları “axmaq” müharibələrə göndərirlər

Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp hesab edir ki, demokrat administrasiya amerikalıları xaricə “axmaq” müharibələrdə iştirak etmək üçün göndərir.

“Füyuzat”ın məlumatına görə, Tramp bu barədə “Truth Social”da yazıb.

“Onlar xalqımızı və maliyyəmizi xaricdəki boş müharibələrə xərcləyirlər”, – Tramp qeyd edib.

Tramp həmçinin əlavə edib ki, demokratlar öz tərəfdarlarını daim “irqçi, faşist” adlandırırlar, lakin eyni zamanda “pul qarşılığında cinayətkarlara sərhədləri açırlar”.