ABŞ prezidenti Donald Tramp Cənubi Afrikanın ağdərili azlığa qarşı “soyqırım” və “torpaq müsadirəsi” iddialarını əsas gətirərək noyabrda bu ölkənin ev sahibliyi edəcəyi G20 Sammitində iştirak etmək istəmədiyini açıqlayıb.
“Füyuzat”ın məlumatına görə, bu barədə prezident “Truth Social” hesabındakı paylaşımında bildirib.
“Torpağın müsadirəsi və soyqırım əsas gündəm məsələsi olduğu halda, G20 görüşü üçün Cənubi Afrikaya getməyimizi necə gözləmək olar? Cənubi Afrikada ağdərili fermerlərin torpaqları qəsb edilir və ailələri ilə birlikdə öldürülür. Media bu barədə xəbər verməkdən imtina edir. ABŞ Cənubi Afrikaya verdiyi bütün dəstəyi geri götürdü. G20 üçün orada olmaq istəyirik? Mən belə düşünmürəm!” – Tramp vurğulayıb.