Xəbərlər

Tramp: Girovlar azad edilməsə, Yaxın Şərq cəhənnəmə çevriləcək

“Qəzzada girovlar 20 yanvardan əvvəl azad edilməsə, Yaxın Şərq cəhənnəmə çevriləcək”.

“Füyuzat”ın məlumatına görə, bunu ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp deyib.

“Hamı Yaxın Şərqdə bütün dünyanın iradəsinə zidd olaraq çox zorakı, qeyri-insani bir şəkildə girovların saxlanmasından danışır. Amma hər şey danışıqdır, hərəkət yoxdur. İcazə verin, həqiqəti deyim ki, 2025-ci il yanvarın 20-nə qədər girovlar azad olunmasa, mən ABŞ prezidenti kimi Yaxın Şərqdə insanlığa qarşı törədilən bu vəhşiliklərə görə məsuliyyət daşıyanlara qarşı ciddi tədbirlər görəcəyəm. Məsul şəxslər çox ciddi və sərt şəkildə cəzalandırılacaq”, – Tramp əlavə edib.