“ABŞ-ın vitse-prezidenti Kamala Harris ölkənin cənub sərhədində qeyri-qanuni miqrasiya ilə bağlı vəziyyəti doğru idarə edə bilməyib. Buna görə də cənub sərhədlərimiz ən pis vəziyyətdədir”.
“Füyuzat”ın məlumatına görə, bunu keçmiş ABŞ Prezidenti və Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp deyib.
“İndi biz təkcə ABŞ tarixində deyil, bütün dünyada ən pis sərhədə sahibik”, – Tramb bildirib.
Həmçinin Tramp söz verib ki, seçkilərdə qalib gələcəyi təqdirdə tarixdə ən böyük qeyri-qanuni mühacir deportasiyasını həyata keçirəcək.