“ABŞ-ın vitse-prezidenti Kamala Harris seçkilərdə qalib gələrsə, ABŞ-ı üçüncü dünya ölkəsinə çevirəcək”.
“Füyuzat”ın məlumatına görə, bunu keçmiş ABŞ Prezidenti və Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp Miçiqanda tərəfdarları qarşısında çıxışında deyib.
“Ölkəmizin indi üzləşdiyi bütün fəlakətlərin səbəbi Harrisdir”, – Tramp bildirib.
Qeyd edək ki, ABŞ-da prezident seçkiləri noyabrın 5-də keçiriləcək.