Xəbərlər

Tramp: Harris uduzduğunu anlayır, ona görə də məni təhqir edir

“Demokratlardan prezidentliyə namizəd Kamala Harris yarışda uduzur, ona görə də rəqibini təhqir etməyə başlayır”.

“Füyuzat”ın məlumatına görə, bu fikirləri Respublikaçılar Partiyasının namizədi Donald Tramp deyib.

“Kamala Harris uduzduğunu görür, ona görə də indi getdikcə ritorikasını dəyişir, aqresivləşir. O, məni Adolf Hitler adlandırmağa qədər sərtləşib”, – Tramp “Truth Social” sosial şəbəkəsində yazıb.

“Harris demokratiya üçün təhlükədir və Birləşmiş Ştatların prezidenti olmağa layiq deyil”, – Tramp bildirib.

Qeyd edək ki, bundan əvvəl ABŞ-ın vitse-prezidenti Trampı faşist hesab etdiyini bildirib.