“ABŞ-ın vitse-prezidenti Kamala Harrisin prezident seçkilərində qalib gəlməsi III dünya müharibəsinin başlaması təhlükəsini yaradacaq”.
“Füyuzat”ın məlumatına görə, bunu keçmiş ABŞ Prezidenti və Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp çıxışında deyib.
“Yaxın Şərqdə Rusiya ilə Ukrayna arasında münaqişə hələ də davam edir. Bu münaqişənin dayanmaması III dünya müharibəsinin baş verməsinə şərait yaradacaq. Söhbət nüvə silahlarının istifadəsi ilə olacaq müharibədən gedir”, – Tramp bildirib.