“Kamala Harrisin seçkilərdə mümkün qələbəsi İsrail üçün ağır nəticələrə gətirib çıxaracaq”.
“Füyuzat”ın məlumatına görə, bunu Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp 2023-cü il oktyabrın 7-də HƏMAS hərəkatının qüvvələrinin İsralə hücum etməsinin ildönümü ilə bağlı keçirilən matəm tədbirində çıxışı zamanı bildirib.
“Əgər mən Prezident olsaydım, 7 oktyabr hücumu heç vaxt baş verməzdi. Əgər biz Respublikaçılar bu seçkidə qalib gəlməsək, bu, bütün tərəflər üçün dəhşətli nəticələrə gətirib çıxaracaq. Harrisin mümkün qələbəsi İsrail dövləti üçün ekzistensial təhlükə yaradacaq”, – Tramp qeyd edib.