Xəbərlər

Tramp İran nümayəndələri ilə görüşə icazə verib

ABŞ prezidenti Donald Tramp İran nümayəndələri ilə görüşə icazə verib.

“Füyuzat”ın məlumatına görə, bu barədə o, Ayova ştatında çıxışı zamanı bildirib.

Tramp Amerikanın İranın nüvə obyektlərinə hücumunu “mükəmməl zərbə” adlandırıb: “Onlar çox pis bəyanatlar verir, Amerikanın, İsrailin ölməsini arzulayırdılar. ABŞ-ın zərbəsindən sonra bu bəyanatlar dayandı”.

“Açığını deyim ki, hətta onlarla görüşə bilərik. Onlar görüşmək istəyirlər, görəcəyik nə etmək olar”, – o, sözlərinə davam edib.

Bundan əvvəl Vaşinqton yaxınlığındakı Endrüs hərbi bazasında jurnalistlərin suallarını cavablandıran Tramp lazım gələrsə, ABŞ və İran arasında danışıqlarda iştirak etməyə hazır olduğunu bildirib və əmin edib ki, Vaşinqton Tehrana əlavə ziyan vurmaq niyyətində deyil.