Xəbərlər

Tramp: İrandan həyatıma qarşı təhdidlər alıram

ABŞ-ın keçmiş Prezidenti və Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp İrandan həyatına qarşı “böyük təhdidlər” aldığını bəyan edib.

“Füyuzat”ın məlumatına görə, bunu Tramp öz sosial media hesabında yazıb.

“Həyatıma qarşı böyük təhdidlər alıram. İran bundan əvvəl də bəzi addımlar atıb, amma bu addımlar nəticə verməyib, onlar yenidən cəhd edəcəklər”, – Tramp bildirib.