ABŞ prezidenti Donald Tramp hərbi münaqişəyə cəlb olunmaqdansa, İranla razılaşmağa üstünlük verəcəyini bildirib.
“Füyuzat”ın məlumatına görə, bu barədə Donald Tramp “Fox News”a müsahibəsində deyib.
“Hər kəs düşünür ki, İsrail İranı bizim köməyimizlə və ya razılığımızla bombalayacaq. Mən bunun baş verməməsini istərdim. İranla bizə təftiş etmək, müşahidə etmək imkanı verəcək bir sövdələşməyə üstünlük verərdim”, – Amerika prezidenti bildirib.