Xəbərlər

Tramp Kanadanı ABŞ-ın sərhədləri daxilində təqdim edib

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Kanadanın ABŞ-ın tərkibinə qoşulacağı təqdirdə yeni sərhədlərin xəritədə necə görünəcəyini göstərən paylaşım edib.

“Füyuzat”ın məlumatına görə, bu barədə Donald Trampın sosial şəbəkə hesabındakı paylaşımında bildirilib.

Qeyd edək ki, xəritədə Kanada və ABŞ eyni rəngə, ABŞ bayrağının çalarlarına boyanaraq eyni sərhədlər daxilində göstərilib.

Tramp əvvəlki çıxışlarında da Kanadanı ABŞ-ın sərhədlərində görmək istədiyini deyib: “Bir çox kanadalılar öz ölkələrinin ABŞ-ın 51-ci ştatı olmasını dəstəkləyirlər. Belə birləşmə Kanadaya təkcə iqtisadi sabitlik gətirməyəcək, həm də onu Rusiya və Çin gəmilərindən gələn xarici təhlükələrdən qoruyacaq”.