“ABŞ prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen İnlə görüşə hazırdır”.
“Füyuzat”ın məlumatına görə, bu barədə Koreya Respublikasının Prezidenti Li Çje Myon Amerika lideri ilə danışığından sonra bildirib.
“Düşünürəm ki, siz dünya sülh məsələlərinə bu qədər böyük maraq göstərən və həqiqətən uğur qazanan ilk prezidentsiniz. Ona görə də ümid edirəm ki, Koreya yarımadasında sülhü bərqərar edəcək və Kim Çen İnlə görüşəcəksiniz. Siz sülhməramlı rolunu öz üzərinə götürmək istəsəz, mən sizi fəal şəkildə dəstəkləyəcəyəm.
ABŞ prezidenti Şimali və Cənubi Koreya arasındakı gərginliyi həqiqətən həll edə biləcək yeganə şəxsdir. İki ölkə 1953-cü ildə Koreya Müharibəsi başa çatdıqdan sonra imzalanmış atəşkəsə əsasən, texniki olaraq müharibə vəziyyətindədir”, – Li Çje Myon əlavə edib.
Tramp koreyalı həmkarının sözlərinə cavabında bildirib:
“Mən bunu edəcəm və Şimali Koreya lideri ilə danışıqlar aparacağam. Biz münasibətləri yaxşılaşdıracağıq”.



