Xəbərlər

Tramp: Kiyev ABŞ maliyyə naziri ilə kobud rəftar edib

ABŞ prezidenti Donald Tramp çərşənbə günü ABŞ maliyyə naziri Skott Bessentin Ukraynaya səfəri zamanı ona qarşı kobud rəftar edildiyini bildirib.

“Füyuzat”ın məlumatına görə, bu barədə ABŞ mətbuatı məlumat yayıb.

“Maliyə naziri Skott Bessent Ukraynaya getdi və ona olduqca kobud rəftar edildi. Kiyev ona “yox” dedi. O, sənədi imzalamaq üçün ora gedib və əliboş qayıdıb”, – Amerika prezidenti bildirib.