“Ukrayna münaqişəni həll etmək üçün danışıqlar masası arxasında oturmaq istəyirsə, yeni seçkilərin keçirilməsi ilə razılaşmalıdır”.
“Füyuzat”ın məlumatına görə, bunu ABŞ prezidenti Donald Tramp bildirib.
“Biz Ukraynada seçkilərin keçirilmədiyi və hərbi vəziyyətin hökm sürdüyü bir vəziyyətlə üzləşirik. Ukraynada lider haradadır? Mən bunu demək istəməzdim, amma onun reytinqi 4%-ə enib. Ölkə dağılıb, şəhərlərin çoxu məhv edilib. Mən deyərdim ki, onlar tənzimləmə danışıqları masasında yer almaq istəyəndə, Ukrayna xalqı deməlidir ki, bizdə çoxdandır seçki yoxdur və yeni seçkilər keçirməyin vaxtı çatıb”, – Tramp bildirib.