“Ukrayna hakimiyyəti indiyədək münaqişənin sülh yolu ilə həlli üçün kifayət qədər istək nümayiş etdirməyib”.
“Füyuzat”ın məlumatına görə, bu barədə Amerika prezidenti Donald Tramp jurnalistlərə müsahibəsində deyib.
Floridadan Vaşinqtona qayıdan prezident təyyarəsinin göyərtəsində Trampdan Kiyevin Vaşinqtonla Ukrayna resurslarına dair saziş imzalayacağı təqdirdə ABŞ-ın Ukraynaya yardımı bərpa edəcəyini soruşublar. Tramp cavabında bildirib:
“Düşünürəm ki, onlar resurslarla bağlı sazişi imzalayacaqlar. Amma mən onların sülh bağlamalarını da istəyirəm”.



