Xəbərlər

Tramp: Kiyevin ər-Riyad danışıqlarından narazılığından məyus oldum

ABŞ prezidenti Donald Tramp Kiyevin Ukrayna böhranının həlli üçün Rusiya və ABŞ arasında aparılan danışıqlardan narazı qalmasını “məyusedici hal” hesab edib.

“Füyuzat”ın məlumatına görə, bu barədə ABŞ administrasiyası məlumat yayıb.

“Bilirsiniz, onlar danışıqlar masasında yerlərinin olmamasından kədərlənirlər. Üç il idi ki, onların həmin masada yeri var idi. Və müharibədən əvvəl hər şey çox sadə həll oluna bilərdi”, – Tramp qeyd edib.