ABŞ prezidenti Donald Tramp Londonda Ukrayna məsələsi ilə bağlı danışıqların yaxşı keçdiyini bildirib.
“Füyuzat”ın məlumatına görə, bu barədə prezident Ağ Evdə jurnalistlərə açıqlamasında deyib.
“Danışıqlar yaxşı keçdi. Razılığa gəlmək üçün iki nəfərə, iki güclü, ağıllı insana ehtiyacımız var. Bu baş verdikdən sonra münaqişənin həll olunacağına inanıram”, – Tramp əlavə edib.



