Xəbərlər

Tramp Pakistana səfər edəcək

ABŞ prezidenti Donald Trampın sentyabrda Pakistana səfəri gözlənilir.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Reuters” məlumat yayıb.

Məlumata görə, bu səfər təxminən iyirmi il əvvəl, prezident Corc Buşun 2006-cı ildə Pakistana səfərindən sonra ABŞ prezidenti tərəfindən ilk səfər olacaq.

Pakistan Xarici İşlər Nazirliyinin sözçüsü Trampın gözlənilən səfərindən xəbərsiz olduğunu bildirib.

Qeyd edək ki, Trampın sentyabrda İslamabada gəldikdən sonra Hindistana da səfər edəcəyini bildirib.