Xəbər verdiyimiz kimi, ABŞ prezidenti Donald Tramp xarici ölkələr üçün idxal rüsumları tətbiq edib. Eyni zamanda keçmiş sovet ölkələrinə qarşı da müəyyən rüsmlar tətbiq edilib. Qərara görə, ABŞ-ın keçmiş Sovet İttifaqı ölkələri üçün rüsumları 31%-ə çatacaq.
“Füyuzat”ın məlumatına görə, bu barədə ABŞ mətbuatı məlumat yayıb.
Bildirilib ki, bu rəqəm Trampın Moldova üçün tətbiq etdiyi tarifdir. Əksər ölkələr üçün 10% dərəcəsi tətbiq edilib.
ABŞ prezidenti Donald Trampın keçmiş SSRİ ölkələri üçün tətbiq etdiyi rüsumlardan bəziləri aşağıdakı kimidir:
Moldova (31%)
Qazaxıstan (27%)
Ermənistan (10%)
Azərbaycan (10%)
Gürcüstan (10%)
Özbəkistan (10%)
Türkmənistan (10%)
Qırğızıstan (10)
Tacikistan (10%)
Qeyd edək ki, Donald Tramp qərarını “iqtisadi müstəqillik bəyannaməsi” adlandırıb.



