ABŞ prezidenti Donald Tramp bildirib ki, Rusiya prezidenti Vladimir Putinin Ukrayna böhranının həlli ilə bağlı danışıqlar aparmaq istəməməsi Vaşinqton üçün “böyük problem” olacaq, lakin Putin özü də sülhə can atır.
“Füyuzat”ın məlumatına görə, bunu ABŞ prezidenti Donald Tramp jurnalistlərə müsahibəsi zamanı deyib.
“Xeyr, məncə, Putin müharibəni dayandırmaq istəyir. Mən ona bununla bağlı sual verdim. Əgər o müharibəni davam etdirmək qərarında olsyadı, bu bizim üçün böyük problem olardı”, – Tramp qeyd edib.



