Xəbərlər

Tramp qalib gəlmək üçün lazım olan 270 seçici səs həddini aşıb

Noyabrın 5-də ABŞ-da prezident seçkiləri keçirilib. Artıq səslərin ilkin hesablanmasına başlanılıb.

“Füyuzat”ın ABŞ mətbuatına istinadən məlumatına görə, ilkin nəticələr Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampın 277 seçicinin dəstəyini alaraq 270 seçici səs həddini keçdiyini göstərir.

Bu göstərici Trampın de-fakto qalib gəldiyi mənasına gəlir. Ancaq hələlik rəsmi şəkildə hansısa namizədin qalib gəldiyi qeyd edilməyib.