“Qəzza zolağında hərbi əməliyyatların davam etdirilməsi İsrailə və onun maraqlarına, ilk növbədə ictimai rəyə və digər ölkələrlə münasibətlərə ziyan vurur”.
“Füyuzat”ın məlumatına görə, bunu ABŞ prezidenti Donald Tramp deyib.
“Onlar bu müharibəni bitirməli olacaqlar. Bu, İsrailə ziyan vurur. Müharibədən söz gedə bilməz. Müharibədə qalib gəlsələr də, ictimai rəy dünyasında qalib gələ bilməzlər. Bilirsiniz, bu müharibə onlara ciddi zərər vurur”, – Tramp əlavə edib.



