Xəbərlər

Tramp Rumıniya prezidentini ABŞ-a səfərə dəvət edib

Rumıniya prezidenti Nikuşor Dan ABŞ prezidenti Donald Trampdan Amerikaya səfər etmək üçün rəsmi dəvət alıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə Rumıniya liderinin təhlükəsizlik məsələləri üzrə müşaviri Kristian Diakonesku bildirib.

“ABŞ liderindən prezident Nikuzor Dana rəsmi dəvət var. Onlar bir ay əvvəl çox yaxşı dialoq aparıblar və hal-hazırda bu dəvət rəsmi şəkildə çatdırılıb”, – o əlavə edib.

Qeyd edək ki, səfərin tarixi hələ müəyyən edilməyib.