Xəbərlər

Tramp: Rusiya Ukraynada nizamlanmaya nail olmaq istəyir

ABŞ prezidenti Donald Tramp Rusiya rəhbərliyinin Ukraynada davam edən münaqişənin sülh yolu ilə nizamlanmasına nail olmaq istədiyinə əminliyini ifadə edib.

“Füyuzat”ın məlumatına görə, bu barədə Tramp jurnalistlərə müsahibəsində deyib.

“Rusiya prezidenti Vladimir Putin mənə hörmət edir. Düşünürəm ki, o, müharibəni dayandırmaq istəyir”, – dövlət başçısı qeyd edib.