Amerika prezidenti Donald Tramp Ər-Riyadda keçirilən Rusiya-Amerika danışıqlarını “çox yaxşı” adlandırıb. ABŞ lideri Ukraynada nizamlanmaya inamının gücləndiyini bildirib.
“Füyuzat”ın məlumatına görə, bu barədə ABŞ mətbuatı məlumat yayıb.
Həmçinin Trampdan Səudiyyə Ərəbistanında baş tutan görüş və danışıqlardan sonra Ukrayna böhranının həlli üçün sövdələşmənin bağlanacağına əmin olub-olmaması barədə danışması istənilib.
“Mən indi daha çox əminəm, görüş çox yaxşı keçdi”, – ABŞ prezidenti bildirib.



