“Sülh danışıqlarına baxmayaraq, Rusiyanın Ukraynaya raket hücumları təşkil etməsi məni məyus edir”.
“Füyuzat”ın məlumatına görə, bu barədə ABŞ prezidenti Donald Tramp bildirib.
“Ukrayna prezidenti Volodimir Zeklenski ilə görüşüm çox yaxşı keçdi. Lakin danışıqlar zamanı Rusiya tərəfinin hələ də bombardmanlara davam etmə xəbəri məni çox məyus etdi. Mən Rusiya prezidenti Vladimir Putinin hücumları dayandırıb müqavilə imzalamasını istəyirəm”, – prezident əlavə edib.
Tramp müxbirin “Putinə güvənirsinizmi?” sualına belə cavab verib: “Mən sizə bu barədə təxminən iki həftədən sonra məlumat verəcəyəm”.



