“İnflyasiya ABŞ vətəndaşları üçün ciddi problemdir”.
“Füyuzat”ın məlumatına görə, bunu Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp deyib.
“Hər sorğuda inflyasiya və iqtisadiyyat böyük əhəmiyyət kəsb edən məsələlər kimi qeyd olunur. Üçüncü yerdə qeyd edilən sərhəddir. Mən bunu doğru hesab etmirəm. Bəli, inflyasiya dəhşətlidir, insanlar və ölkə üçün dağıdıcıdır. Amma mən hesab edirəm ki, bir nömrəli problem ölkəmizə milyonlarla miqrantın gəlməsinə səbəb olan sərhəddir”, – Tramp bildirib.