ABŞ prezidenti Donald Tramp apreldə Səudiyyə Ərəbistanı, Qətər və BƏƏ-yə səfər etmək niyyətində olduğunu bildirib.
“Füyuzat”ın məlumatına görə, bu barədə Tramp jurnalistlərə müsahibəsində bildirib.
“Mənim Yaxın Şərq ölkələri ilə çox yaxşı münasibətim var. Bu səyahət aprel ayında, bəlkə də bir az sonra baş verə bilər. Biz Qətərə və yəqin ki, bir neçə başqa ölkələrə səfər edə bilərik. Bu səfərlərdən ən vacibi BƏƏ-yə olanıdır. Biz BƏƏ, Qətər və Səudiyyə Ərəbistanına səfər etdikdən sonra, digər ölkəkərə də səfər edəcəyik”, – Amerika lideri bildirib.



