ABŞ prezidenti Donald Tramp Çin sədri Si Cinpinlə görüş üçün şərtlərini açıqlayıb.
“Füyuzat”ın məlumatına görə, bu barədə Tramp mətbuata açıqlamasında bildirib.
O, görüş üçün şərtlərindən biri kimi iki ölkə arasında ticarət sazişinin bağlanmasını deyib.
“Əgər ticarət müqaviləsi bağlasaq, çox güman ki, ilin sonuna qədər onunla (Si Cinpinlə – red.) görüşüm olacaq. Əgər razılıq əldə etməsək, görüş olmayacaq”, – Tramp qeyd edib.
Amerika lideri əlavə edib ki, Birləşmiş Ştatlar və Çin ticarət sazişinin təfərrüatları üzrə razılığa “çox yaxınlaşıb”.
Tramp görüşün Çində baş tuta biləcəyini də etiraf edib: “Ora getmək istədiyimi dedilər, bu doğru deyil. 19 saatlıq uçuşdur, uzun bir uçuşdur, amma çox da uzaq olmayan gələcəkdə nə vaxtsa bunu edəcəyəm”.



