Xəbərlər

Tramp sui-qəsd cəhdindən sonra ilk dəfə ictimaiyyət qarşısına çıxıb

ABŞ-nin keçmiş Prezidenti və ABŞ seçkilərində prezidentliyə namizəd olan Donald Tramp sui-qəsd cəhdindən sonra ilk dəfə ictimaiyyət qarşısına çıxıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə “TRT Haber” məlumat yayıb.

Qeyd edilib ki, Tramp Milwaukeedə Respublikaçılar Partiyasının Milli Konqresində iştirak edib. Konqres iştirakçıları Trampı alqışlar və qışqırıqlarla qarşılayıb, keçmiş Prezident isə buna təbəssümlə qarşılıq verib.

Tramp konqresə qulağında sarğı ilə qatılıb və bu zaman onu vitse-prezidentliyə zamizəd olan J.D.Vance müşayiət edib.

Qeyd edək ki, ABŞ-ın keçmiş Prezidenti Donald Tramp şənbə günü Pensilvaniya ştatında mitinqdə kürsüdən tərəfdarlarına müraciət edərkən ona silahla hücum edilib. Hücumda mitinqə qatılan 1 nəfər ölüb, 2 nəfər yaralanıb.