ABŞ prezidenti Donald Tramp “The New York Times” qəzetini böhtanla bağlı məhkəməyə verib.
“Füyuzat”ın məlumatına görə, bu barədə o, “Truth Social”da məlumat verib.
Amerika liderinin sözlərinə görə, “radikal sol Demokrat Partiyasının ruporu” və ölkə “tarixinin ən pis qəzetlərindən” biri kimi “The New York Times” qəzetinə qarşı böhtan atmaq iddiası qaldırmaq onun üçün böyük şərəfdir. Trampın açıqlamasına görə, 15 milyard dollarlıq iddia Florida ştatında açılıb.
Ağ Ev rəhbəri nəşri 2024-cü ildə keçirilən prezident seçkilərində rəqibini, o vaxtkı vitse-prezident Kamala Harrisi açıq şəkildə dəstəkləməkdə, özünə, eləcə də ailə üzvlərinə və ətrafına böhtan atmaqda ittiham edib.



