ABŞ Senatı ABŞ pezidenti Donald Trampın “Medicare” və “Medicaid Services” (CMS) mərkəzlərinin direktorluğuna namizədliyini irəli sürdüyü türk ürək cərrahı Mehmet Özü təsdiqləyib.
“Füyuzat”ın məlumatına görə, senatda keçirilən səsvermədə Mehmet Öz 53 “bəli” və 45 “xeyr” səsi alıb və beləliklə, CMS direktoru vəzifəsinə təyin edilib.
Qeyd edək ki, yaşlılara və aztəminatlı qruplara səhiyyə xidməti göstərən ölkənin ən yaxşı qurumlarını idarə edəcək Öz bu vəzifəyə təyin olunan ilk türkdür.



