Xəbərlər

Tramp: Üçüncü dünya müharibəsi heç kimin marağında deyil

“Üçüncü dünya müharibəsi heç kimin marağında deyil, lakin əgər ABŞ-ın keçmiş lideri Co Bayden daha bir il prezident olsa idi, müharibə baş verəcəkdi”.

“Füyuzat”ın məlumatına görə, bunu ABŞ prezidenti Donald Tramp deyib.

“Üçüncü Dünya Müharibəsinin heç kimə faydası yoxdur və bu təhlükədən o qədər də uzaq deyilik. Əgər Co Bayden daha bir il ABŞ prezidenti olsaydı, III dünya müharibəsində olardıq. Amma bu, indi baş verməyəcək”, – o, Florida ştatının Mayami şəhərində Səudiyyə Ərəbistanının ev sahibliyi etdiyi investisiya forumunda çıxışı zamanı deyib.