“Rusiya, ABŞ və Ukrayna razılaşmaya yaxındır, lakin mövcud vəziyyət Vaşinqtonu qane etmir”.
“Füyuzat”ın məlumatına görə, bunu Amerika prezidenti Donald Tramp deyib.
“Biz Rusiya və Ukrayna ilə daim əlaqə saxlayırıq və bir növ razılığa yaxınlaşırıq. Amma düzünü desəm, son bir həftədə baş verən bombardmanları bəyənmirəm. Bu, dəhşətlidir”, – Tramp vurğulayıb.



