Xəbərlər

Tramp: Ukraynanın NATO-ya daxil olmasını düzgün hesab etmirəm

ABŞ prezidenti Donald Tramp Ukraynanın Şimali Atlantika Alyansına (NATO) qoşulmasını düzgün hesab etmir.

“Füyuzat”ın məlumatına görə, o bu barədə jurnalistlərə açıqlamasında bildirib.

“ABŞ-ın müdafiə naziri Pit Heqset daha əvvəl bəyan edib ki, Vaşinqton münaqişənin həllindən sonra da Ukraynanın NATO-ya daxil olmasını qeyri-real hesab edir”, – Tramp qeyd edib.