“Seçkidə qalib gəlsəm, Ukraynadakı münaqişəni hələ inauqurasiyadan əvvəl həll edəcəm”.
“Füyuzat”ın məlumatına görə, bunu Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd Donald Tramp Nyu-Yorkda Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşündə deyib.
“Bizim Zelenski ilə yaxşı münasibətlərimiz var və mənim Rusiya Prezidenti Vladimir Putinlə də yaxşı münasibətlərim var. Bu hər iki tərəfə uyğun bir həll yolu tapmaq üçün effektiv olacaq”, – Tramp qeyd edib.