Xəbərlər

Tramp: Venesuela ABŞ-ın düşmənidir

ABŞ prezidenti Donald Tramp Venesuelanı düşmən adlandırıb və Amerika şirkətlərinin ondan neft almağa davam etməsini istəmədiyini bildirib.

“Füyuzat”ın məlumatına görə, bu barədə Amerika lideri özü qeyd edib.

“ABŞ-ın əvvəlki prezidenti Co Bayden hakimiyyətə gəldikdən sonra, həmişə olduğu kimi hər şeyi məhv etdi. Onun dövründə Venesueladan milyardlarla dollar dəyərində neft almağa başladılar. Niyə düşmənə üz tutub ona milyardlarla pul qazandırdılar? Biz bu məsələni araşdırırıq”, – Tramp qeyd edib.